“Mançester Yunayted” klubu mövsümün sonunda altı futbolçu ilə müqaviləyə xitam verəcək

A- A A+

“Mançester Yunayted” futbol klubu mövsümün sonunda altı futbolçu ilə müqaviləyə xitam verəcək.

NUHÇIXAN TASS-a istinadla xəbər verir ki, klub rəhbərliyi yay transfer pəncərəsində Ander Errera, Xuan Mata, Aleksis Sançes, Antonio Valensiya, Markos Roxo və Matteo Darmian ilə yollarını ayırmağı planlaşdırır. Onlardan yalnız Aleksis Sançesin komandada qalmaq ehtimalı var.

“Mançester Yunayted” ilə müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq ispaniyalı qapıçı David De Xea ilə isə yaxın günlərdə yeni sözləşmənin imzalanacağı gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: