“Fənərbağça” səfərdə “Trabzonspor”u məğlub edib

A- A A+

Türkiyə Superliqasında XXII turun daha 3 oyunu keçirilib.

NUHÇIXAN xəbər verir ki, turun mərkəzi matçında "Fənərbağça" səfərdə "Trabzonspor"la qarşılaşıb. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. İstanbul klubunun qollarını Anderson Talişka, Kərəm Aktürkoğlu və Marko Asensio vurublar. Qara dəniz təmsilçisində isə Ernest Muçi və Pol Onuaçu fərqləniblər.

Bu nəticədən sonra xallarını 52-yə çatdıran "Fənərbağça" 2-ci pillədə qərarlaşıb. "Trabzonspor" isə 45 xalla 3-cüdür.

Günün digər oyunlarında "Gənclərbirliyi" "Rizəspor"la 2:2 hesablı heç-heçə edib, "Alanyaspor" isə "Konyaspor"a qalib gəlib - 2:1.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: