Haxverdi Həsənov ölkə çempionatının mükafatçısı olub - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Bakı şəhərində Boks üzrə gənclər (U19) arasında Azərbaycan çempionatı keçirilib. 9-15 fevral tarixlərini əhatə edən yarışda respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 60 komandanın 276 boksçusu qatılıb. 

Naxçıvan Muxtar Respublikası çempionatda baş məşqçi Elnur Kərimli, köməkçi məşqçi Seymur Hüseynov və 7 idmançı təmsil olunub. 

Komandanın idmançılarından Haxverdi Həsənov 65 kq çəki dərəcəsində mükafatçılar sırasına düşüb. Keçirdiyi 5 görüşdən 3-də qələbə qazanan boksçu bürünc medala layiq görülüb. İdmançı həmçinin gənclərdən ibarət milli komandanın heyətinə daxil edilib. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: