Hüseyn Behbudov Bakıda keçirilən turnirin qalibi olub - FOTOLAR
Azərbaycan Texniki Universitetinin idman sarayında kikboksinq idman növü üzrə “Şimal” İdman Klubunun birinciliyi keçirilib. Azərbaycan Kikboksinq Federasiyası və “Şimal” Kikboksinq Klubunun təşkilatçılığı ilə yeniyetmələr, kadetlər və qızlar arasında təşkil olunan yarışda ölkənin müxtəlif bölgələrindən idmançılar qüvvələrini sınayıblar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasını yarışda “Ləvənt Bulut” Döyüş Klubunun idmançısı Hüseyn Behbudov təmsil edib. Kadetlər (2014-2016) arasında 37 kq çəki dərəcəsi üzrə mübarizə aparan Hüseyn keçirdiyi 4 görüşün hər birində qələbə qazanaraq turnirin kubokuna sahib çıxıb.