Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start veriləcək.
NUHÇIXAN xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçiriləcək.
Türkiyənin "Qalatasaray" komandası İtaliya təmsilçisi "Yuventus"u qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi
17 fevral
21:45. "Qalatasaray" (Türkiyə) - "Yuventus" (İtaliya)
00:00. "Benfika" (Portuqaliya) - "Real Madrid" (İspaniya)
00:00. "Monako" (Fransa) - PSJ (Fransa)
00:00. "Borussiya Dortmund" (Almaniya) - "Atalanta" (İtaliya).
Qeyd edək ki, bu mərhələnin digər dörd oyunu fevralın 18-də təşkil olunacaq.
