Azərbaycanın voleybol hakimi Çempionlar Liqasına təyinat alıb

A- A A+

Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyasından (CEV) yeni təyinat alıb.

Azərbaycan Voleybol Federasiyasından NUHÇIXAN-a verilən məlumata görə, o, bu gün Yunanıstanda qadın voleybolçular arasında Çempionlar Liqasının pley-off mərhələsində “Olimpiakos” və İtaliyanın “Numia Milano” komandaları arasında keçiriləcək qarşılaşmanın baş hakimi olacaq.

Matçın ikinci hakimi vəzifəsini isə macarıstanlı Aqnes Batkai-Katona icra edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: