“Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə birinciliyinin qalibləri mükafatlandırılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, yaz çağırışına həsr olunmuş “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. Yarış başlamazdan əvvəl çıxış edənlər birinciliyin əhəmiyyətindən danışaraq, iştirakçılara uğurlar arzulayıblar.

Naxçıvan şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi,  Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər İdarəsinin birgə təşkilatçılıqları ilə keçirilən birincilikdə 17 komandanın tərkibində 85 məktəbli yarışıb. Məqsəd isə yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə etmək və onların Silahlı Qüvvələrdə xidmət etməsi üçün fiziki hazırlıq səviyyəsini yüksəltməkdir.

Məktəblilər 100 metr məsafəyə qaçış, 2000 metr məsafəyə kross qaçışı, qumbara atma və turnikdə dartınma növləri üzrə yarışıblar. Yekunda, bütün rəqiblərini qabaqlamağı bacaran 9 nömrəli tam orta məktəb I, 16 nömrəli tam orta məktəb II, 14 və 17 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.

Sonda qalib gələn komandalara təşkilatçılar tərəfindən kubok və diplomlar təqdim olunub.  

Qeyd edək ki, birinci yerə sahib olan 9 nömrəli tam orta məktəbin komandası Naxçıvan şəhərini muxtar respublika birinciliyində təmsil edəcək.

    

                                                                               Elvin Quliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: