Aprelin 5-də futbol üzrə İngiltərə Premyer Liqasının 33-cü turuna start verilib.
NUHÇIXAN xəbər verir ki, turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Liverpul” səfərdə “Sauthempton” klubunun qonağı olub.
Görüş qonaqların 1:3 hesablı qələbəsi ilə başa çatıb. Mersessayd təmsilçisinin heyətində Nəbi Keyta (36) Məhəmməd Salah (80) və Jordan Henderson (86) fərqləniblər. Meydan sahiblərinin təsəlli qoluna Long Şane (9) vurub.
Bu qələbə sayəsində “Liverpul” xalların 82-yə çatdıraraq turnir cədvəlində birinci pilləyə yüksəlib. “Sauthempton” isə 33 xalla 16-ci yerdə qərarlaşıb.