Naxçıvanın “Naxçıvan Araz” Kikboksinq klubu Xocalı Kubokunda uğur qazanıb - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, 21–22 fevral 2026-cı il tarixlərində Azərbaycan Kikboksinq Federasiyası və Xocalı İdman Klubunun təşkilatçılığı ilə Bakı şəhərində yerləşən Sərhədçi İdman Mərkəzində “Xocalıya Ədalət – Xocalı Kuboku VII” turniri keçirilib. Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən 45 klubdan 500-ə yaxın idmançı iştirak edib.

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Naxçıvan Araz” Kikboksinq klubu turnirdə baş məşqçi Elvin Qoçəliyevin rəhbərliyi ilə 14 idmançı ilə təmsil olunub. Komanda turniri 4 kubok, 5 gümüş və 4 bürünc medalla tamamlayıb.

Təmsilçilərimizdən Rüzgar İbrahimli (32 kq), Mövlan Seyidov (40 kq), Oğuz Cavadlı (42 kq) və Ülvü Əliyev (45 kq) kubok uğrunda döyüşlərini qələbə ilə bitirərək mükafatın sahibi olublar. 

Adəm Cəfərov (30 kq), Ələmdar Nəcəfov (48 kq), Ayhan Xəlilli (52 kq), Polad Həsənli (50 kq) və Ayxan Oruczadə (69 kq) ikici yerə layiq görülüblər. Hikmət Əşrəfli (32 kq), Əbülfəz Həsənov (47+ kq), Turan Həziyev (63 kq) və İlham Şükürlü (47 kq) isə üçüncü olublar. 

Əlavə edək ki, yarışda iştirak edən “Naxçıvan” Kikboksinq Klubunun idmançısı Uğur Nurməmmədli (37 kq) də kubok uğrunda döyüşün qalibi olub. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: