İngiltərə Premyer Liqasında XXVII tura yekun vurulub.
NUHÇIXAN xəbər verir ki, bağlanış oyununda "Mançester Yunayted" səfərdə “Everton”un qonağı olub. Görüş “qırmızı şeytanlar”ın minimalhesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 71-ci dəqiqədə Benjamin Şeşko vurub.
Bu qələbədən sonra xallarını 48-ə çatdıran Mançester təmsilçisi 4-cü pilləyə yüksəlib. Komanda növbəti oyununu martın 1-də doğma meydanda “Kristal Pelas”a qarşı keçirəcək.
Qeyd edək ki, “Mançester Yunayted” yeni baş məşqçisi Maykl Kerrikin rəhbərliyi altında meydana çıxdığı 6 qarşılaşmada 5 qələbə qazanıb, bir dəfə isə heç-heçə edib.
