Aprelin 8-də və 9-da Bakıda, ayın 10-dan 12-dək Latviyada, 13-dən 17-dək isə Serbiyada təlim-məşq toplanışı, hazırlıq çərçivəsində yoldaşlıq oyunları keçirəcək futzal üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
NUHÇIXAN AFFA-ya istinadla xəbər verir ki, Namiq Məmmədkərimov və Fərid Atakişiyevin əvəzinə Ramiz Çovdarov və İsa Atayev milli komandaya dəvət olunublar.
Millimiz aprelin 11-də və 12-də Latviya, 15-də və 16-da isə Serbiya yığma komandaları ilə yoldaşlıq oyunlarında gücünü sınayacaq.