“Qarabağ”ın futbolçusu Çempionlar Liqasında Radamel Falkaonun rekordunu təkrarlayıb

A- A A+

UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin "Nyukasl" və "Qarabağ" komandaları arasında keçirilən cavab oyunu (3:2) bir sıra statistik göstəricilərlə yadda qalıb.

NUHÇIXAN Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin futbolçusu Kamilo Duran Çempionlar Liqasının bir mövsümündə 5 qol vuran 2-ci kolumbiyalı oyunçu olub. Daha əvvəl bu nəticəni 2016/2017-ci illər mövsümündə Radamel Falkao Fransanın “Monako” klubunun heyətində göstərib.

“Nyukasl” isə pley-off mərhələsi matçında ilk 6 dəqiqə ərzində 2 qol vuran üçüncü komanda olub. Buna qədər həmin göstəriciyə yalnız İspaniyanın “Valensiya” (2000-ci ildə 1/4 finalda “Latsio”ya qarşı) və Almaniyanın “Borussiya Dortmund” (2014-cü ildə 1/8 finalda “Zenit”ə qarşı) kollektivləri imza atıb.

Bundan başqa, “Nyukasl” Çempionlar Liqasının pley-off mərhələsində iki oyunun ilk 10 dəqiqəsində ümumilikdə 4 qol vuran ilk komanda kimi tarixə düşüb. İngiltərə təmsilçisi ilk matçda 3-cü və 8-ci, cavab görüşündə isə 5-ci və 6-cı dəqiqələrdə fərqlənib. Bu, turnirin tarixində indiyədək qeydə alınan ilk belə göstəricidir.

“Nyukasl”ın qələbəsi ilə cari mövsümdə Çempionlar Liqasının 1/8 final mərhələsinə yüksələn İngiltərə klublarının sayı 6-ya çatıb. Bunlar “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem” və “Çelsi”dir. Bu göstərici turnirin bu raundu üçün bir ölkə üzrə rekord hesab olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: