Aprelin 6-7-də Çexiyanın Teplitse şəhərində yeniyetmələr arasında keçirilən Avropa kuboku yarışlarında cüdoçularımız uğurlu çıxışlarını davam etdirirlər.
NUHÇIXAN xəbər verir ki, yarışların birinci günündə oğlanlar arasında İsmayıl Qənbərli (50 kq), Kamran Süleymanov (55 kq), Turan Bayramov (66 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Şükran Zamanlı (55 kq), Nahid İsmayılov (66 kq) ikinci, Aydın Rzayev (55 kq), Mətin Rzazadə üçüncü yerləri tutublar. Qızlar arasında Səbinə Əliyeva (48 kq) bürünc medal qazanıb.
Yarışda ölkəmizi 27 cüdoçu təmsil edir.