Ukrayna klubları Aleksey Kaşuk üçün “Qarabağ”a rəsmi təklif göndərməyib.
Bu barədə NUHÇIXAN-a Ağdam klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov məlumat verib.
“Ukraynanın heç bir klubundan Kaşuk üçün rəsmi transfer təklifi almamışıq”, - deyə klub rəsmisi bildirib.
Aleksey Kaşuk 2024-cü ildən “Qarabağ”ın formasını geyinir. O, bu müddətdə Azərbaycan çempionatında 67 oyunda 11 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Cari mövsümdə Çempionlar Liqasında 8 matçda iştirak edən futbolçu 1 qola imza atıb. Ukraynalı yarımmüdafiəçi həmin görüşlərin yalnız birində start heyətində yer alıb.
