Dieqo Kosta 8 oyunda meydançaya buraxılmayacaq

A- A A+

İspaniyanın “Atletiko Madrid” klubunun futbolçusu Dieqo Kosta 8 oyunluq cəzalandırılıb.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, buna aprelin 6-da İspaniya La Liqasının 31-turu çərçivəsində keçirilən “Barselona”-“Atletiko Madrid” oyununda baş verən insident səbəb olub. Dieqo Kosta hakimi təhqir etdiyinə görə 4 oyun, qırmızı vərəqə göstərməsin deyə hakimin qolunu tutduğuna görə isə daha 4 oyun meydançaya buraxılmayacaq.

Beləliklə, 30 yaşlı futbolçu İspaniya La Liqasında mövsümün qalan oyunlarını kənardan izləməli olacaq. Çünki çempionatın başa çatmasına yeddi tur qalıb.

Qeyd edək ki, turun mərkəzi qarşılaşmasında “Barselona” öz meydanında “Atletiko Madrid” komandasını 2:0 hesabı ilə məğlub edib. Qolları Luis Suares və Lionel Messi vurublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: