Buxarestdə güləş üzrə Avropa çempionatı start götürüb

A- A A+

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı start götürüb.

NUHÇIXAN xəbər verir ki, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcəsində sərbəst güləşçilər mübarizəyə başlayıblar.

Çempionatın ilk günündə ölkəmizi Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Cəbrayıl Həsənov (79 kq) və Nurməhəmməd Hacıyev (97 kq) təmsil edirlər.

Üçqat dünya çempionumuz Hacı Əliyev belaruslu Hüseyn Şaxbanov və ermənistanlı Vazgen Tevanyanı məğlub edərək dörddəbir finala yüksəlib. Digər güləşçimiz Ağahüseyn Mustafayev dörddəbir finalda Ermənistan təmsilçisi Devid Safaryanı məğlub edib. Cəbrayıl Həsənov da çempionata qələbə ilə başlayıb. İdmançımız gürcüstanlı Nika Kentçadzedən üstün olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: