Şahdağda xizək alpinizmi üzrə Avropa çempionatı start götürür

A- A A+

Bu gün Azərbaycanda xizək alpinizmi üzrə Avropa çempionatına start veriləcək.

NUHÇIXAN xəbər verir ki, “Şahdağ” Turizm Mərkəzində keçiriləcək yarışda Azərbaycanı 5 idmançı təmsil edəcək.

Nəzrin Qəribova, Nəbiyulla Qələbəqiyev, Anid Sultanov, Abel İsmixanov və Nurid Şəkərəliyev medallar uğrunda mübarizə aparacaqlar.

Qitə birinciliyi martın 8-dək davam edəcək.

Avropa çempionatında Azərbaycanla yanaşı, AİN (Neytral Statuslu İdmançılar), Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, Rusiya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Slovakiya, Yunanıstan, Andorra və İsveçdən ümumilikdə 123 idmançı çıxış edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: