Limasolda sambo üzrə yeniyetmə və gənclər arasında Avropa birinciliyi keçiriləcək

A- A A+

Aprelin 11-də Şimali Kiprin Limasol şəhərində sambo üzrə yeniyetmə və gənclər arasında Avropa birinciliyi keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, yeniyetmə idmançılar arasında ölkəmizi Sahib Babayev (48 kq), Elvin Bağırov (56 kq), Hacalı Qasımov (60 kq), Royal Rüstəmov (65 kq), Ağani Məmmədov (70 kq), Şöhrət Lətifzadə (75 kq), Ruslan Səfixanov (81 kq), Toğrul Salmanov (+87 kq) təmsil edəcəklər. Gənclərin mübarizəsində isə Mehman Mehdizadə (57 kq), Vilayət Bayramov (62 kq), Əhməd Rəhmanov (68 kq), Teymur Allahverdiyev (74 kq) güclərini sınayacaqlar.

Avropa birinciliyi aprelin 14-dək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: