Azərbaycanın 5 güləşçisi Avropa çempionatında mübarizəyə başlayır

A- A A+

Bu gün Serbiyanın Zrenyanin şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı başlayacaq.

NUHÇIXAN xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 5 sərbəst güləşçisi xalça üzərinə çıxacaq.

Bunlar Vasif Bağırov (57 kiloqram), Musa Ağayev (65 kiloqram), Ramik Heybətov (70 kiloqram), Səbuhi Əmiraslanov (79 kiloqram) və Zəfər Əliyevdir (97 kiloqram).

Qeyd edək ki, U-23 Avropa çempionatına martın 15-də yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: