Cüdo üzrə birinciliyin qalibləri mükafatlandırılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları arasında cüdo üzrə birincilik keçirilib.

Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidov bildirib ki, bu gün muxtar respublikamızda polis əməkdaşlarının fiziki hazırlığına və idman məşğələlərinin keçirilməsinə xüsusi diqqət yetirilir. Keçirilən birinciliyin də məqsədi polis əməkdaşları arasında fiziki gücü, dözümlülüyü və dayanıqlılığı inkişaf etdirmək və ölkə birinciliyində çıxış edəcək heyəti formalaşdırmaqdır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Yusif Həsənov və İdman Cəmiyyətinin rəisi, polis baş leytenantı Elməddin Abdullayev çıxış edərək Naxçıvan idmançılarının mötəbər yarışlarda əldə etdikləri qələbələrdən, keçirilən idman tədbirlərinin miqyası və yaradılan idman infrastrukturundan, əməkdaşların hazırlıq səviyyəsindən bəhs ediblər.

Sonra yarışa start verilib. Birincilikdə 13 komandanın tərkibində 90-a yaxın asayiş keşikçisi 7 çəki dərəcəsində öz qüvvələrini sınayıblar. Gərgin keçən qarşılaşmaların yekununda müvafiq çəki dərəcələri üzrə Xətai Qənbərov, Rəşad Həsənov, Sirus Ramazanlı, Rza İsmayılov, Əli İsmayılov, Allahverdi Qəribov və Sadiq Qasımov rəqiblərini üstələyərək birinci yerə layiq görülüblər.

İlk üçlükdə qərarlaşan idmançılara diplomlar təqdim olunub.

                                                               Elvin Quliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: