Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksi əsaslı şəkildə təmir olunur

A- A A+

Ölkəmizdə ilk müasirtipli bədən tərbiyəsi və idman müəssisələrindən biri olan Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin əsaslı təmirinə başlanılıb.

NUHÇIXAN xəbər verir ki, binanın daxili təmir olunacaq, oyun salonunun divarlarına zərbənin qarşısının alınması üçün xüsusi materialdan hazırlanmış qoruyucular vurulacaq, yeni işıqlandırma sisteminin qurulması, duşxanaların və binanın dam örtüyünün yenilənməsi, fasadının təmir olunması, eləcə də havalandırma sisteminin təzələnməsi işləri görüləcək.

Olimpiya-İdman Kompleksində təmir işlərini “Gəmiqaya İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: