Qadın güləşçilərimizin Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib

A- A A+

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.

NUHÇIXAN xəbər verir ki, yarışın 3-cü günündə - aprelin 10-da qadın güləşçilər mübarizəyə qoşulacaqlar.

Püşkatma nəticəsində yığmamızın 4 üzvünün ilk rəqibləri müəyyənləşib. Püşk güləşçilərimizi MDB ölkələrinin təmsilçiləri ilə üz-üzə qoyub. Belə ki, Türkan Nəsirova (50 kq) ukraynalı Oksana Livaç, Elmira Qəmbərova (59 kq) Rusiya təmsilçisi Svetlana Lipatova, İrina Netreba (68 kq) Yevgeniya Andreyçikava (Belarus) və Səbirə Əliyeva (76 kq) belaruslu Natalya Lanko ilə üz-üzə gələcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: