"Liverpul" "Qalatasaray" üzərində rahat qələbə qazanaraq Çempionlar Liqasının 1/4 finalına yüksəlib

A- A A+

Türkiyənin "Qalatasaray" klubu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda İngiltərənin "Liverpul" komandasının qonağı olub.

NUHÇIXAN-ın məlumatına görə, "Enfild" stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin tam üstünlüyü ilə keçib. "Liverpul" rəqibi üzərində 4:0 hesablı qələbə qazanaraq adını turnirin 1/4 finalına yazdırıb.

Bu məğlubiyyətdən sonra "sarı-qırmızılılar" Avropa kuboklarındakı mübarizəsini dayandırıblar. Növbəti mərhələyə yüksələn "mersisaydlılar"ın rəqibi də artıq bəllidir. Turnirin 1/4 finalında "Liverpul" Fransa nəhəngi PSJ ilə qarşılaşacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: