“Qalatasaray”ın Çempionlar Liqasından əldə etdiyi gəlir bəlli olub

A- A A+

Türkiyənin “Qalatasaray” klubunun bu mövsüm UEFA Çempionlar Liqasından qazandığı məbləğ bəlli olub.

NUHÇIXAN xəbər verir ki, İstanbul təmsilçisi ümumilikdə 53,5 milyon avro gəlir əldə edib.

Komanda ötən gecə turnirin 1/8 final mərhələsində İngiltərə nəhəngi “Liverpul”a 0:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. Okan Burukun baş məşqçisi olduğu kollektiv 1/4 finala yüksələ bilmədiyi üçün əlavə 12,5 milyon avro mükafatı qazanmaq şansını əldən verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: