Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.
NUHÇIXAN xəbər verir ki, yarışın üçüncü günündə qadın güləşçilər mübarizəyə başlayıblar.
Türkan Nəsirova (50 kq) və Elmira Qəmbərova (59 kq) gərgin keçən görüşlərdə müvafiq olaraq Ukrayna və Rusiya təmsilçilərinə məğlub olublar.
Dünya çempionatının bürünc medalçısı İrina Netreba bu dəfə gücünü 68 kiloqram çəki dərəcəsində sınayıb. Debütdə sonuncu xal prinsipinə əsasən belaruslu rəqibinə qalib gələn yığmamızın üzvü dörddəbir finalda Bolqarıstan güləşçisini minimal fərqlə üstələyərək adını yarımfinala yazdırıb.
Ötən il Avropa çempionatında bürünc medal qazanan Səbirə Əliyeva (76 kq) startda Belarus idmançısı üzərində inamlı qələbə qazanıb. Ancaq daha sonra macar həmkarı ilə bacarmayıb.