UEFA Çempionlar Liqası: “Barselona” səfərdə “Mançester Yunayted”i məğlub edib

A- A A+

Aprelin 10-da UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin daha iki oyunu keçirilib.

NUHÇIXAN xəbər verir ki, oyunlardan biri İngiltərədə, digəri isə Hollandiyada baş tutub.

“Old Trafford” stadionunda keçirilən matçda “Mançester Yunayted” ilə “Barselona” üz-üzə gəlib. Matç 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Oyunda yeganə qol matçın 12-ci dəqiqəsində vurulub. Lionel Messinin ötürməsindən sonra Luis Suares qapıya başla vurduğu zərbə rəqibin müdafiəçisi Luk Şouya dəyərək qapıdan keçib - 0:1.

Qoldan sonra hücuma atılan meydan sahibləri rəqibin qapısı önündə bir neçə təhlükəli vəziyyətlər yaratsalar da, hesab dəyişməyib.

Günün digər oyunu isə Amsterdamdakı “Yohan Kroyf Arena” stadionunda keçirilib. Burada yerli “Ayaks” İtaliyanın “Yuventus” klubunu qəbul edib.

Matçın 45-ci dəqiqəsində “Yuventus” Kriştiano Ronaldonun qolu sayəsində hesabda önə keçib. İkinci hissənin lap əvvəlində - 46-cı dəqiqədə isə meydan sahiblərinin futbolçusu David Neres hesabı bərabərləşdirib – 1:1. Matç elə bu hesabla başa çatıb.

Qeyd edək ki, dörddəbir final mərhələsinin ilk iki oyununda "Liverpul" "Portu"nu 2:0, "Tottenhem" isə "Mançester Siti"ni 1:0 hesabları ilə məğlub edib.

Qeyd edək ki, dörddəbir final mərhələsinin cavab görüşləri aprelin 16-da və 17-də keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: