Aprelin 18-dən 22-dək Yelkənli İdman Federasiyasının yığma komandası “Optimist” və “Laser” sinifləri üzrə keçiriləcək “32-th Izola Spring Cup” və “Easter Regata” yarışlarında iştirak etmək üçün Sloveniyaya yollanacaq.
Federasiyadan NUHÇIXAN-a bildiriblər ki, yarışlardan əvvəl yelkənçilərimiz aprelin 14–dən 18-dək beynəlxalq səviyyəli məşqçi Draqan Gasicin rəhbərliyi ilə təlim-məşqlərdə iştirak edəcəklər. On dörd ölkədən 447 idmançının qatılacağı yarışlar komandamız üçün Avropa çempionatına hazırlıq məqsədi daşıyacaq.
Azərbaycanı yarışlarda “Optimist” sinfi üzrə Ayla Babayeva, Fidan Ağazadə, Kristina Kərimova, Murad Hacı-zadə, Murad İsmayılov, Səxavət Əzimov, “Laser” sinfi üzrə Murad Allahverdi və İsmayıl Kərimov, heyətin rəhbəri Burcu Algon Giorgianni, “Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız, “Laser” sinfi üzrə məşqçi Tuğçə Subaşı, köməkçi məşqçi Anton Vilyayev təmsil edəcəklər.