"Beşiktaş" və "Qalatasaray"ın keçmiş prezidentləri saxlanılıblar

A- A A+

Türkiyənin "Beşiktaş" və "Qalatasaray" klublarının keçmiş prezidentləri Fikrət Orman və Burak Elmas narkotik vasitələrlə bağlı aparılan istintaq çərçivəsində saxlanılıblar.

Bu barədə NUHÇIXAN Türkiyə mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, onlar İstanbul Baş Prokurorluğu tərəfindən həyata keçirilən istintaq çərçivəsində şəhərin Polis İdarəsinin Narkotik Cinayətləri Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq idarəyə aparılıblar.

Burak Elmas tibbi müayinədən keçirilib.

Əməliyyat tədbirlərinin genişmiqyaslı olduğu bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: