Futzal üzrə Azərbaycan milli komandası bu gün Latviya yığması ilə yoldaşlıq oyunu keçirəcək.
NUHÇIXAN xəbər verir ki, Liepaya şəhərindəki Nikas idman zalında keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qarşılaşmanı İnqus Purins, Eduard Ratkujins və Armand Bucisdən ibarət hakimlər briqadası idarə edəcək.