Cennaro Qattuzo İtaliya millisinin baş məşqçisi vəzifəsindən istefa verəcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Sky Sport” məlumat yayıb. Buna səbəb yığmanın dünya çempionatına vəsiqə qazana bilməməsidir.
48 yaşlı mütəxəssis ötən ilin yayından milli komandaya rəhbərlik edir.
Qeyd edək ki, hazırda İtaliya yığmasının sükanı arxasına "Napoli"nin baş məşqçisi Antonio Konte və "Milan"ı çalışdıran Massimiliano Alleqri əsas namizədlərdir.
