Naxçıvanın voleybolçulardan ibarət “Möminə xatun” komandası bürünc medallara sahib olub

A- A A+

NUHÇIXAN xəbər verir ki, 18 yaşadək qız voleybolçulardan ibarət “Möminə xatun” komandası Azərbaycan çempionatında uğurlu çıxışı ilə yadda qalıb.

Komanda Dərnəgüldə yerləşən idman arenasında keçirilən həlledici görüşdə “Oğuz RVK” kollektivi ilə qarşılaşıb. Gərgin keçən oyunda Naxçıvan təmsilçiləri üstün oyun nümayiş etdirərək rəqibini 3:0 hesabı ilə məğlub ediblər.

Setlər üzrə nəticələr 25:14, 25:20 və 25:15 olub.

Bu qələbə ilə “Möminə xatun” komandası Azərbaycan çempionatının bürünc medallarını qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: