“Fənərbağça”da ciddi itki: Marko Asensio növbəti oyunu buraxacaq

A- A A+

Türkiyənin “Fənərbağça” komandası ciddi itki ilə üzləşib.

NUHÇIXAN xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Marko Asensio zədələnib. Yarımmüdafiəçi ötən gün “Beşiktaş”la keçirilən derbi oyununda (1:0) dizindən xəsarət alıb.

İspaniyalı oyunçu Superliqanın XXIX turunda “Kayserispor”la səfər görüşünü buraxacaq. Qarşılaşma aprelin 11-də reallaşacaq.

Hazırda “Fənərbağça” 63 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: