Aaron Remzi karyerasını başa vurub

A- A A+

İngiltərənin “Arsenal” klubunun və Uels millisinin sabiq yarımmüdafiəçisi Aaron Remzi futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, 35 yaşlı oyunçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Futbolçu seçimin onun üçün asan olmadığını, uzun müddət düşündükdən sonra belə qərar verdiyini söyləyib.

Qeyd edək ki, Aaron Remzi karyerası ərzində “Arsenal”la yanaşı, İngiltərənin digər təmsilçisi “Nottingem Forest”, İtaliyanın “Yuventus”, Şotlandiyanın “Reyncers”, Fransanın “Nitsa”, Uelsin “Kardiff Siti” komandalarında da çıxış edib. Millidə 86 oyun keçirən yarımmüdafiəçi 21 qola imza atıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: