UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinin ilk oyunlarının ən yaxşı futbolçusu müəyyənləşib.
NUHÇIXAN UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, İngiltərənin “Liverpul” klubunun braziliyalı hücumçusu Roberto Firmino azarkeşlər arasında aparılan sorğuya əsasən, ən yaxşı oyunçu adına layiq görülüb.
İyirmi beş yaşlı hücumçu bu nominasiyada Heung-Min Son (“Tottenhem”, İngiltərə), Jerar Pike (“Barselona”, İspaniya) və Frenk de Yonqu (“Ayaks”, Hollandiya) qabaqlayıb.
Firmino dörddəbir finalında doğma meydanda Portuqaliyanın “Portu” klubunu məğlub etdikləri matçda (2:0) bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, qalib UEFA-nın saytında aparılan səsvermə nəticəsində müəyyənləşib.