Üç yunan-Roma güləşçimiz qitə birinciliyinin yarımfinal mərhələsinə yüksəlib

A- A A+

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

NUHÇIXAN xəbər verir ki, aprelin 12-də yunan-Roma güləşi üzrə yarışlara start verilib.

Dünya və Avropa çempionu Eldəniz Əzizli (55 kq) ilk görüşündə serb güləşçini cəmi 1 dəqiqə 54 saniyəyə məğlub edib. Təmsilçimiz 1/4 finalda əsas rəqiblərindən sayılan gürcü idmançıya da heç bir şans tanımayıb və vaxtından əvvəl qələbə qazanaraq yarımfinala yüksəlib.

Çempionatda 63 kiloqram çəki dərəcəsində mübarizə aparan Taleh Məmmədov təsnifat mərhələsində Moldova təmsilçisindən güclü olub. Daha sonra yerli idmançı ilə görüş gərgin idman mübarizəsi şəraitində keçib və yenə sevinən tərəf təmsilçimiz olub. Beləliklə, T.Məmmədov da yarımfinala adlayıb.

İslam Abbasov (87 kq) startda çətinliklə də olsa, alman rəqibinə qalib gəlib. Yığmamızın üzvü səkkizdəbir finalda Olimpiya çempionu ilə üz-üzə gəlib. Ancaq rəqibindən çəkinməyən İ.Abbasov Rusiya təmsilçisini də məyus edərək növbəti mərhələyə vəsiqə qazanıb. Güləşçimiz dörddəbir finalda ermənistanlı dünya və Avropa çempionu ilə üz-üzə gəlib. Qarşılaşmanın əvvəlindən sonuna kimi rəqibindən üstün olan Abbasov parlaq qələbə qazanaraq yarımfinala vəsiqə qazanan üçüncü yunan-Roma güləşçimiz olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: