“Yuventus” Luçano Spaletti ilə razılığa gəlib

A- A A+

İtaliyanın “Yuventus” klubu baş məşqçisi Luçano Spaletti ilə müqavilənin müddətini uzadacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Turin təmsilçisi bununla bağlı 67 yaşlı mütəxəssislə razılığa gəlib. Belə ki, Spaletti daha iki mövsüm “qoca sinyora”nın başına olacaq. Rəsmi açıqlama aprelin 11-də olacaq.

Təcrübəli çalışdırıcının hazırkı sözləşmə mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, “Yuventus” İtaliya A Seriyasında 31 turdan sonra 57 xalla beşinci pillədə qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: