“Bavariya”nın futbolçusu “Real Madrid”lə cavab oyununu buraxacaq

A- A A+

Almaniyanın “Bavariya” komandasının futbolçusu Lennart Karl UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində İspaniyanın “Real Madrid” komandası ilə keçiriləcək cavab oyununu buraxacaq.

NUHÇIXAN Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, tibbi müayinədən keçən gənc müdafiəçiyə sağ bud əzələsində lif qopması diaqnozu qoyulub.

18 yaşlı futbolçunun yaxın vaxtlarda meydana qayıtmayacağı bildirilib. Həmçinin oyunçu Almaniya çempionatında sabah “Sankt-Pauli” ilə keçiriləcək səfər görüşündə də iştirak etməyəcək.

Xatırladaq ki, aprelin 15-də keçiriləcək “Bavariya”-“Real Madrid” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında ilk qarşılaşma Münxen klubunun 2:0 hesablı qələbəsi ilə bitib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: