Avropa çempionatının ikinci turunda altı şahmatçımız qalib gəlib

122

Aprelin 13-də Antalyada qadın şahmatçılar arasında Avropa çempionatının üçüncü turunun oyunları keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, ötən turda təmsilçilərimizdən altısı qələbə qazanıb. Şahmatçılarımızdan Günay Məmmədzadə, Xəyalə Abdulla, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova, Xanım Balacayeva ikinci turda rəqiblərini məğlub ediblər. Birinci turda qələbə qazanan Gülnar Məmmədova isə ötən turu heç-heçə başa vurub.

On bir turdan ibarət yarışda ümumilikdə 32 ölkədən 130-dan çox şahmatçı mübarizə aparır. Ölkəmizi yarışda 10 şahmatçı təmsil edir. Turnir cədvəlinin reytinq favoriti rusiyalı Aleksandra Qoryaçkinadır (2534).

Ümumi mükafat fondu 60 min avro olan turnirə aprelin 21-də yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: