Azərbaycanın qadın futbolçulardan ibarət millisinin Andorra ilə oyununa təyinatlar bəlli olub

A- A A+

Azərbaycanın qadın futbolçulardan ibarət millisinin dünya çempionatının seçmə mərhələsində Andorra ilə Bakıda keçirəcəyi oyununa təyinatlar açıqlanıb.

NUHÇIXAN xəbər verir ki, matçı Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Vesna Miletiçə Merima Homaraç və Nevena Markoviç kömək göstərəcək. Dördüncü hakim funksiyasını Senida Petak yerinə yetirəcək.

Xatırladaq ki, Azərbaycan - Andorra qarşılaşması aprelin 18-də, saat 17:00-da "Bank Respublika Arena"da start götürəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: