Hidayət Heydərov Avropa çempionatında mübarizəyə başlayır

A- A A+

Azərbaycanın daha bir cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında bu gün mübarizəyə qoşulacaq.

NUHÇIXAN xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən Olimpiya çempionu 1/16 finalda Yunanistan təmsilçisi Konstantinos Tsaparasla qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan aprelin 19-dək davam edəcək mötəbər turnirdə 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunur.

Ötən gün Əhməd Yusifov (60 kiloqram) və Turan Bayramov (66 kiloqram) bürünc medala sahib çıxıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: