Naxçıvanda tələbələr arasında badminton yarışı keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə ali və orta ixtisas təhsili müəssisələrinin qız tələbələri arasında badminton birinciliyi keçirilib.
Yarışda 15 iştirakçı qələbə uğrunda mübarizə aparıb. Nəticələrə əsasən Naxçıvan Dövlət Universitetinin tələbəsi Fereşteh Abdulrzazadeh birinci yerə sahib çıxıb. Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri Sevgi Abdullazadə və Aytac Bayramzadə yarışı müvafiq olaraq ikinci, üçüncü yerlərdə tamamlayıblar.
İlk üç yerin sahiblərinə diplom və medallar təqdim olunub