İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Lixtenşteyn yığması ilə keçirəcəyi oyunun vaxtı və stadionu müəyyənləşib.
NUHÇIXAN AFFA-ya istinadla xəbər verir ki, yığmamızın Lixtenşteynin müvafiq yaş qrupundan ibarət komandası ilə oyunu iyunun 6-da Eşen şəhərindəki “Sportpark Eschen Mauren” stadionunda keçiriləcək.
Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.