Aprelin 30-da U-14 və U-17 yeniyetmə cüdoçular arasında Qarabağ və Şərqi Zəngəzur bölgəsi üzrə region birincilikləri keçiriləcək.
Bu barədə NUHÇIXAN-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Turnir Cəbrayıl rayonunun Horovlu kəndində təşkil ediləcək.
Bildirilib ki, yarışların əsas məqsədi yeniyetmə cüdoçular bazasını formalaşdırmaq, kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirməkdir. U-17 kateqoriyası üzrə nəticələr, eyni zamanda, milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.
