Fransa çempionatının mart ayı üzrə ən yaxşı futbolçusu müəyyənləşib

A- A A+

“Marsel” klubunun hücumçusu Mario Balotelli mart ayı üzrə Fransa çempionatının ən yaxşı futbolçusu seçilib.

NUHÇIXAN Fransa mətbuatına istinadla xəbər verir ki, 28 yaşlı italiyalı hücumçu keçirilən səsvermədə birinci yerə layiq görülüb. O, birincilik uğrunda mübarizədə 45 faiz səs toplayıb. “Paris Sen-Jermen”in 20 yaşlı hücumçusu Kilian Mbappe isə 35 faiz səslə ikinci olub. İlk üçlüyü “Lion” klubunun hücumçusu Mussa Dembele 20 faiz səslə tamamlayıb.

Kilian Mbappe və Mussa Dembele mart ayında Liqa 1-də iştirak etdikləri 4 oyunda 5 qol vurublar. Mario Balotelli Marsel təmsilçisinin heyətində keçirdiyi 4 qarşılaşmada 4 dəfə fərqlənib.

Qeyd edək ki, italiyalı hücumçu sonuncu qış transfer pəncərəsində “Nitsa” komandasında “Marsel” klubuna transfer olunub. O, cari mövsümdə Marsel təmsilçisinin heyətində keçirdiyi 9 qarşılaşmada 7 qol vurub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: