Çempionlar Liqasında sonuncu yarımfinalçılar müəyyənləşəcək

A- A A+

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

NUHÇIXAN-ın məlumatına görə, raundun daha iki oyunundan sonra bütün yarımfinalçılar müəyyənləşəcək. Qarşılaşmalardan biri Portuqaliyada, digəri isə İngiltərədə baş tutacaq.

Günün ən maraqla gözlənilən görüşündə iki İngiltərə təmsilçisi üz-üzə gələcək. Londondakı matçda rəqibinə 0:1 hesabı ilə uduzan "Mançester Siti" doğma azarkeşləri önündə məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. "Şəhərlilər" yarımfinala vəsiqə qazanmaq üçün ən azı 2 top fərqi ilə qələbə qazanmalıdır. Meydan sahiblərinin 1:0 hesablı qələbəsi qarşılaşmanı əlavə vaxta aparacaq.

Komandaların heyətlərində cəzalı futbolçu olmasa da, zədəlilər var. "Mançester Siti"də yalnız qapıçı Klaudio Bravonun oyunu buraxacağı dəqiqdir. Fernandinyo və Aleksandr Zinçenkonun isə iştirakları sual altındadır. London təmsilçisində itkilər daha çoxdur. Erik Dayer, Serj Oryo, Erik Lamela və komandanın əsas hücumçusu Harri Keyn meydana çıxa bilməyəcək. Harri Uinks və Dele Allinin oynayıb-oynamayacağı isə matç vaxtı bəlli olacaq.

İngiltərənin daha bir təmsilçisi "Liverpul" isə "Portu"nun qonağı olacaq. Çempionlar Liqasının son finalçısı ilk matçda 2:0 hesablı qələbə qazanmaqla əlavə üstünlük əldə edib. "Portu"nun isə cavab matçında bunun əvəzini çıxa biləcəyi o qədər də inandırıcı deyil. Meydan sahiblərindən yalnız Xesus Koronanın matçda iştirakı sual altındadır. "Mersisaydlılar"da isə Aleks Oksleyd-Çemberlen və Rian Bruster zədəyə görə oyunu buraxacaq. Co Qomezin durumuna oyun vaxtı aydınlıq gələcək.

Çempionlar Liqası

1/4 final, cavab oyunları

17 aprel

23:00. "Mançester Siti" (İngiltərə) - "Tottenhem" (İngiltərə)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Mançester."City of Manchester Stadium"

İlk oyun: 0:1

23:00. "Portu" (Portuqaliya) - "Liverpul" (İngiltərə)

Baş hakim: Danni Makkeli (Hollandiya)

Portu."Estadio do Dragao"

İlk oyun - 0:2.

Qeyd edək ki, bu cütlərin qalibləri yarımfinalda müvafiq olaraq, Hollandiya "Ayaks"ı və İspaniya "Barselona"sı ilə qarşılaşacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: