Azərbaycanlı gənc Avropa çempionu oldu

A- A A+

Rusiyanın Moskva şəhərində uşu üzrə gənclər arasında 17-ci Avropa çempionatı başa çatıb.

NUHÇIXAN xəbər verir ki, mayın 14-dən 20-dək davam edən çempionatda 36 ölkə təmsil olunub.

Azərbaycanı isə 8 idmançı təmsil edib.

5 gün davam edən yarışda komandamız 1 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıb.

Komandamıza yeganə qızıl medalı həmyerlimiz, 56 kq çəki dərəcəsində Səfəralı Məmmədrzayev qazandırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: