Aprelin 17-də Qazaxıstanın Almatı şəhərində “Turizm və səyahət” beynəlxalq sərgisi işə başlayıb.
NUHÇIXAN AFFA-nın saytına istinadla xəbər verir ki, UEFA Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq final oyununun təbliği məqsədilə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu beynəlxalq sərgidə birgə iştirak edir.
UEFA Avropa Liqasının kubokunun nümayiş etdirildiyi sərgidə iştirakçılara final oyunu ilə bağlı məlumatlar təqdim olunur.
Sərginin işinə aprelin 19-da yekun vurulacaq.