Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları arasında cüdo üzrə keçirilən ölkə birinciliyinə yekun vurulub.
NUHÇIXAN xəbər verir ki, birincilikdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin idmançıları da mübarizə aparıblar. 60 kiloqram çəki dərəcəsində tatamiyə çıxan Elşən Qasımov ikinci yerlə kifayətlənib. Rəşad Heydərov da eyni uğuru təkrarlayıb. O, buna 66 kiloqram çəki dərəcəsində müvəffəq olub. Digər idmançımız Xətai Qənbərov (66 kiloqram) isə iki rəqibini məğlub etdikdən sonra zədə ilə üzləşib və növbəti görüşdə tatamiyə çıxa bilməyib.
Qalib idmançılarımız təşkilatçılar tərəfindən mükafatlandırılıblar.