Azərbaycan Kubokunda final oyununun biletləri satışa çıxarılıb

A- A A+

Futbol üzrə Azərbaycan Kubokunda “Sabah” və “Zirə” komandaları arasında keçiriləcək final oyununun biletləri satışa çıxarılıb.

Peşəkar Futbol Liqasından NUHÇIXAN-a verilən məlumata görə, biletləri bu gündən etibarən "iticket.az" saytından əldə etmək mümkündür. Biletlərin qiymətləri yerlərdən asılı olaraq 5, 10, 15, 20, 30 və 50 ("VIP Gold") manat arasında dəyişir.

Qeyd edək ki, mayın 13-də “Palms Sports Arena”da keçiriləcək final matçı saat 20:00-da başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: