Xavi “Çelsi”nin baş məşqçisi ola bilər

A- A A+

İspaniya təmsilçisi "Barselona"nın keçmiş baş məşqçisi Xavi Ernandes İngiltərənin "Çelsi” klubunu çalışdıra bilər.

NUHÇIXAN xarici mətbuata istinadən xəbər verir ki, 45 yaşlı ispaniyalı mütəxəssis London təmsilçisinin rəhbərliyi tərəfindən baş məşqçi postu üçün nəzərdə tutulub. Xavinin son iş yeri 2021-ci ilin noyabrından 2024-cü ilin iyununa qədər çalışdırdığı "Barselona" olub və bu klubu 2023-cü ildə İspaniya çempionu edib.

Qeyd edək ki, “Çelsi” ötən ay baş məşqçisi Liam Rosenyorla vidalaşıb. Komandaya hazırda müvəqqəti olaraq Kallum MakFarlan başçılıq edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: